Gürcüstanın baş naziri İlham Əliyevə başsağlığı verdi

Gürcüstanın baş naziri İlham Əliyevə başsağlığı verdi
18:42 11 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri,

"Günəşli" neft yatağındakı platformada baş vermiş qəza və insanların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram. Biz Azərbaycan Respublikası rəhbərliyinin və xalqının bu ağır kədərini bölüşür, səbir və dözüm diləyirik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR