Avtomobil təmiri sexində YANĞIN

Avtomobil təmiri sexində YANĞIN
10:29 12 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə avtomobil təmiri sexində yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz rayonunda “KamAZ” markalı yük avtomobilinin kabinası, mühərrikinin yanar hissələri və yaxınlıqda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan avtomobil təmiri sexinin içərisində 7 kv.m sahəyə yığılmış təmir ləvazimatları yanıb. Avtomobilin, təmir sexinin qalan hissəsi və yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub.

 

 

Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR