Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Ulu Öndərin adı ilə bağlıdır

13:38 12 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Dekabrın 12-də dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin ziyarətgahına gələn insanların ardı-arası kəsilmir. Müxtəlif peşə sahibləri xalqımızın Ümummilli Liderinin xatirəsini yad etmək üçün Fəxri xiyabana gəlir, böyük şəxsiyyətə öz dərin ehtiramlarını bildirirlər.
Həmin insanlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Salman Bayramovdur.
S.Bayramov AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Ulu Öndərin adı ilə bağlıdır. Xüsusilə də respublikanın ən ağır günlərində - 1990-cı illərin əvvəllərində xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrikliyi və böyük təcrübəsi sayəsində ölkəni fəlakətdən qurtarıb.
Bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşayır, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşuq.
Fəxri xiyabana gələn hər birimiz müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləyirik.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_en_yeni_tarixinin_butov_bir_qerinesi_Ulu_Onderin_adi_ile_baglidir-910655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR