Bakı. 12 dekabr. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyası (FIFA) Fransada keçiriləcək 2016-cı il futbol üzrə Avropa çempionatından təxminən 1,95 milyard avro gəlir əldə edəcək. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, qarşılaşmalarının yayım hüququnun satışına görə FİFA-nın büdcəsinə 1 milyard avro daxil olacaq.
Federasiya biletlərin satışına görə daha 480 milyon avro, digər kommersiya mənbələrindən isə 480 milyon avro əldə edəcək.