2 usta hündürlükdən yıxılıb öldü - AZƏRBAYCANDA

2 usta hündürlükdən yıxılıb öldü - AZƏRBAYCANDA
13:04 14 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 11-də Binəqədi rayonunun Novxanı bağlar sahəsində Bakı şəhər sakini Famil Həmidov həmyerlisinə məxsus bağ evində təmir işləri apararkən 2-ci mərtəbədən yıxılaraq ölüb.

 

Oxşar hadisə Gəncədə də baş verib. Dekabrın 12-də Tərtər şəhər sakini Zabil Allahverdiyev Gəncə şəhərində təmir işləri apardığı evin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR