"Real"ın müdafiəçisi Serxio Ramos Pikenin Madrid klubuna qarşı ironik jestləri və sözlərinə münasibət bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi katalon həmkarından qarşı tərəfə hörmət göstərməsini istəyib.
"Bu məsələlər haqqında danışmağın yeri deyil. Amma "Real"ın kapitanı və komanda yoldaşı kimi Pikedən xahiş edirəm ki, klubumuza və həmkarlarına hörmətlə yanaşsın. Hörmətsizlik yaxşı ab-havanın düşmənidir. O, Xavi, Puyol və Kasilyas kimi şəxslərdən bu barədə nümunə götürməli, sakitliyini qorumalıdır. Daha heç nə deyə bilmərəm. Pikenin oyununu bəyənirəm. Millidə komanda yoldaşıyıq. Bundan başqa deyəcəklərim səhv anlaşıla və ya təhrif edilə bilər".
Milli.Az