“Rusiya Türkiyəyə illik 30 milyard kubmetr təbii qaz ixrac edir” - TANAP-ın direktoru

“Rusiya Türkiyəyə illik 30 milyard kubmetr təbii qaz ixrac edir” - TANAP-ın direktoru
16:59 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

"TANAP-ın tikintisinin sürətləndirilməsi ilə bağlı tərəfdaş şirkətlərlə görüşlərə başlanılacaq"

 

"Türkiyə və Rusiya arasında mövcud olan anlaşmaya əsasən, Rusiya Türkiyəyə illik 30 milyard kubmetr təbii qaz ixrac edir. Hazırda BOTAŞ şirkəti minimum 26 milyard kubmetr həcmində təbii qaz alır".

 

"APA-Economics"in məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Xətti (TANAP) konsorsiumunun baş icraçı direktoru Saltuk Düzyol bildirib.

 

Hazırda Türkiyənin Azərbaycandan illik 6 mlrd. kubmetr həcmində təbii qaz idxal etdiyini xatırladan S. Düzyol qeyd edib ki, TANAP istismara veriləndən sonra bu rəqəm 12 mlrd. kubmetrə çatacaq. "Beləliklə, Rusiyanın Türkiyəyə ixrac etdiyi təbii qazın payı 54%-dən 30%-dək azalacağını söyləmək mümkündür", - deyə S. Düzyol qeyd edib.

 

Baş icraçı direktor əlavə edib ki, TANAP-ın tikintisi üzrə işlər təqvimə uyğun davam edir: "Hətta son günlər Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı TANAP-ın tikintisinin tezləşdirilməsi məsələsi gündəmdədir. Layihə çərçivəsində 550 kilometrdən artıq işlər görülüb. Yaxın vaxtlarda TANAP-ın tikintisinin sürətləndirilməsi ilə bağlı tərəfdaş şirkətlərlə görüşlərə başlanılacaq. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Bu məsələdə önəmli olan "upstreem", yəni istehsalçı şirkətlərlə qazın tariflərini müəyyənləşdirməkdir. Bütün bunlar baş tutarsa, layihəni daha tez reallaşdırmaq mümkün olacaq. İstənilən halda, ümid edirik ki, 2018-ci ildə layihə tam olaraq başa çatacaq".

 

Onun sözlərinə görə, TANAP yalnız Türkiyə üçün deyil, həmçinin Avropa İttifaqı ölkələri üçün də strateji əhəmiyyət daşıyır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR