Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq.
Axşam.az xəbər verir ki, tamaşa dekabrın 16-da saat 19.00-da Akademik Opera və Balet Teatrında göstəriləcək. Qeyd edək ki, Qarabağ problemindən bəhs edən operanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijoru isə Beynəlxalq Müsabiqələr Laureatı Əyyub Quliyevdir.
Tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayilova, Əkrəm Poladov və Fərid Əliyev ifa edəcək.