İqtisadiyyat xilas ola biləcəkmi?

İqtisadiyyat xilas ola biləcəkmi?
21:23 14 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

İqtisadçılar iki qrupa bölünmüş vəziyyətdədirlər: bir qrup dünya iqtisadiyyatının birləşdiyini, digər qrup isə əsas ticarət birliklərinin bir-birlərinə əks istiqamətdə hərəkət etdiklərini düşünür. Hansı qrupun haqlı olduğunun məlum olmasına isə yalnız bir neçə həftə qalmış ola bilər.

ABŞ Mərkəzi Bankının sədri Janet Yellenin dekabrın 16-sı 2006-cı ildən bəri ilk dəfə faiz dərəcələrini artırması gözlənilir. Faiz dərəcələrinin 0,25-dən 0,5-ə artırılması Federal Ehtiyat Sisteminin ən ciddi maddi müdaxiləsi kimi görünməsə də, 18 ay əvvəl bunu düşünmək belə bütün dünyada təşvişə səbəb olmuşdu.

The Guardian-da dərc olunmuş "America is pulling one way, China the other: will the global economy sink or swim?" məqaləsində bildirilir ki, həmin dövrdə avrozonanın Yunanıstan böhranına son qoymaq üçün razılıq əldə etməsi mümkün görünmür, Yaponiya çətinliklərlə mübarizə aparır, Çin böhrandan sonra götürdüyü borcların təsirlərini hiss etməyə başlayırdı. ABŞ dolları ilə götürülən borcların faizlərinin artması bu ölkələrin ehtiyacı olan ən son şey idi.

Nikbinlər iddia edirlər ki, bu gün vəziyyət fərqlidir. ABŞ-da artım dövrü daha uzun sürə bilər, Yaponiya "Abenomika" (baş nazir Şinzo Abenin adı verilən dövlət xərcləri, pul siyasəti və biznesdə islahatlar) ilə irəliləyir, Çin isə artıq dirçəlməyə başlayır. Avropa isə 2015-ci ilə, geri baxdıqda möhtəşəm olmasa da, əksər avrozona ölkələrinin yavaş-yavaş özlərini bərpa etmələri ilə möhkəm bir ili geridə qoyduğunu deyə bilər.

Hadisələrin yaxşı axarda cərəyan edəcəyini düşünənlər hesab edirlər ki, ABŞ-da faiz dərəcələrinin artırılması bütün dünyada təmkinlə qarşılanacaq, çünki indi digər ölkələr daha yaxşı vəziyyətdədirlər.

Bu fikirlərin investisiya biznesində yüksək səviyyəli dəstəkçiləri var. Ötən həftə "Wells Fargo Asset Management" fond menecmenti üçün 500 milyard dollar dəyərində səhm və istiqraza sahib olan icraçı direktor 43 dollara düşən neft qiymətlərinin dünya iqtisadiyyatının bərpası nəticəsində 75 dollara qayıdacağını izah edirdi.

Bəs onda ötən həftə Avropa Mərkəzi Bankının avrozona iqtisadiyyatını canlandırmaq cəhdlərinin artırılması qərarı nəticəsində yaranan təlaşı və AMB-nin rəhbəri Mario Draginin sözlərini fəaliyyətində göstərə bilməməsinə bazarlardan gələn reaksiyanı necə izah etmək olar?

Heç şübhəsiz, ABŞ sürətlə irəliləyir, Britaniya da onunla ayaqlaşır. Analitiklər optimistlərin irəli sürdüyü nəzəriyyənin bu aspekti ilə razılaşa bilərlər. Avrozona, Yaponiya, Çin və BRIC ölkələri arasında böhranın zərbə vurduğu Braziliya ilə Rusiyanın vəziyyəti isə sual altında qalır.

Nikbin iddiaların tam əksinə, Çində iqtisadi durğunluq hələ bir müddət də davam edə bilər. Pekinin ÜDM-ini 7 faizə yaxın saxlamaq üçün görə biləcəyi yeganə tədbir valyutasının, yəni yuanın devalvasiyasıdır.

Devalvasiyanın davam etməsi isə Avropa Mərkəzi Bankının strategiyasına zərbə vuracaq. Belə ki, bu strategiya özü də əsas ticarət tərəfdaşlarına qarşı devalvasiyanın uzadılmasına əsaslanır. Hal-hazırda dollar və funt-sterlinqlə nisbətdə avronun dəyəri aşağıdır, ancaq Yaponiya da ötən bir neçə il ərzində yenin dəyərini üçdə birə qədər azaldıb. Təəccüblü deyil ki, Tokionun Yaponiyanın rəqabətə davamsız müəssisələrini yüksək dəyərli valyuta ilə sarsıtmaq niyyəti yoxdur.

Əgər Çin də eyni yoldan gedib yuanın dəyərini aşağı salarsa, iqtisadiyyatı çətin vəziyyətdə olan bir çox Avropa ölkələri - İtaliya, Portuqaliya və Fransa, o cümlədən, Yunanıstan üçün ixracat malları bahalaşacaq, bu da onları mühüm bazarlardan kənarlaşdıracaq.

Belə bir şəraitdə, avrozonanın yeni bir təkana ehtiyacı olacaq və Brüssel tərəfindən əlavə dövlət xərcləri olmadığına görə, Dragi, çox güman ki, gələn ilin əvvəli daha böyük bir çek imzalamalı olacaq. Mərkəzi bankların balans yaradaraq bütün iri iqtisadiyyatların böyüməsini davam etdirməsi mümkündür. Əmək haqları da arta, neft qiymətləri aşağı qala bilər, bu da istehlak xərclərini və biznes etimadını artırar. Ancaq bu ehtimal da olduqca aşağıdır.

Orxan Hun
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Milli Şuranın mitinq istəyinə RƏSMİ CAVAB

20 Sentyabr 2017 15:23

NASA-nın "kompüter qadını" 99 yaşını qeyd edir: "Sayıla biləcək hər şeyi saydım”

20 Sentyabr 2017 15:23

Bakıda baş verən yanğınla bağlı AÇIQLAMA

20 Sentyabr 2017 15:20

Türkiyəli dizayner London Moda Həftəsini fəth etdi - FOTO

20 Sentyabr 2017 15:18

Səfir: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini diqqətlə izləyir"

20 Sentyabr 2017 15:17

Rusiya millisi Avropa çempionatına çempionluq hədəfi və yeni baş məşqçi ilə gəlir

20 Sentyabr 2017 15:17

Mətanət Əsədova:

20 Sentyabr 2017 15:17

Türkiyədə Qənirə Paşayevanın 2 yeni kitabının imza günü keçirilib

20 Sentyabr 2017 15:14

AZƏRBAYCAN: Canavarlar kəndə hücum etdi

20 Sentyabr 2017 15:11

Mirvari Fətəliyeva: "Senatorların iclasında qışqırıb ağladım ki, ermənilər indi Vüsalı öldürəcəklər"

20 Sentyabr 2017 15:08

AÇG-nin yeni platformasından ilk neft hasilatına 2023-cü ildə başlanacaq

20 Sentyabr 2017 15:07

Bakıda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqə başlayıb

20 Sentyabr 2017 15:07

Azərbaycanı xaricdə təmsil edən

20 Sentyabr 2017 15:04

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırlayıb

20 Sentyabr 2017 15:02

Azərbaycanda əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması layihəsinə start verilib

20 Sentyabr 2017 15:02

Kreml vətəndaşları necə dinləyirdi? – “Vikiliks” hakimiyyəti İFŞA ETDİ

20 Sentyabr 2017 14:58

Azərbaycan: At uşağın cinsiyyət orqanını qopardı

20 Sentyabr 2017 14:56

Bu klublarımız cərimələndi

20 Sentyabr 2017 14:55

İraqın şimalında referendum - bölgə dövlətlərinin parçalanması üçün “baş məşq”

20 Sentyabr 2017 14:52

Faiq Ağayevdən Ədalət Şükürova ETİRAZ: "O, özü üçün danışır"

20 Sentyabr 2017 14:49

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə

20 Sentyabr 2017 14:42

“Onlar mənim rəfiqələrim, təmiz müsəlmanlardır” - Səbuhi Məmmədli Harun Yəhyanı danışdırır - FOTOLAR

20 Sentyabr 2017 14:39

MDB ölkələrinin gömrük rəhbərləri Qəbələdə toplaşdı

20 Sentyabr 2017 14:38

Azərbaycan kənd təsərrüfatı sığortasının stimullaşdırılması ilə bağlı qanun qəbul edəcək

20 Sentyabr 2017 14:37

Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Bakıya səfər edəcək

20 Sentyabr 2017 14:37

“Gmail” ünvan və telefon nömrələrini linkə çevirəcək

20 Sentyabr 2017 14:35

“Bank Standard”ın eks rəhbərinin barəsindəki cinayət işi ilə bağlı YENİ XƏBƏR

20 Sentyabr 2017 14:34

Yeni nəqliyyat növü istifadəyə verildi: Yalnız qadınlar istifadə edəcək

20 Sentyabr 2017 14:33

Bakıda ilk dəfə “İnfluencer Day” tədbiri

20 Sentyabr 2017 14:33

Yaponiyanın baş naziri 40 ildən sonra ilk dəfə İrana səfər edəcək

20 Sentyabr 2017 14:32

Nazirlikdən 45 min manatlıq cərimə

20 Sentyabr 2017 14:28

Vitse-prezident oğlunu icra başçısının qızı ilə evləndirir - VİDEO

20 Sentyabr 2017 14:27

Əməkdar artist imicində dəyişiklik etdi

20 Sentyabr 2017 14:20

İrandan narkotik maddə gətirən "tacirlər"ə 25 İL HƏBS

20 Sentyabr 2017 14:19

İspaniyada katalon məmurların həbsi başlandı

20 Sentyabr 2017 14:18

"Barselona" Arda Turana fantastik qiymət qoydu - SİYAHI

20 Sentyabr 2017 14:17

Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı qız fahişə imiş - FOTOLAR

20 Sentyabr 2017 14:14

Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ: at uşağın cinsiyyət orqanını DİŞLƏDİ - FOTOLAR (16+)

20 Sentyabr 2017 14:13

Azərbaycanda yeni medal təsis olunur

20 Sentyabr 2017 14:12

Azad Rəhimov Asiya Oyunlarının Açılış mərasimində iştirak edib

20 Sentyabr 2017 14:12

Ziya Məmmədovun bacısı işdən çıxarıldı?

20 Sentyabr 2017 14:08

Polşa prezidenti: "Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər"

20 Sentyabr 2017 14:07

Məşhur futbolçuların meydan davaları - SİYAHI

20 Sentyabr 2017 14:04

Qaraciyəri piylənmədən təmizləyən UNİKAL RESEPT - Mütləq OXUYUN!

20 Sentyabr 2017 14:03

Daşkəsəndə canavarlar kəndə hücüm edib, 34 qoyun və 1 inək tələf olub

20 Sentyabr 2017 14:02

UEFA prezidenti: “Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”

20 Sentyabr 2017 14:02

Şahzadə dedektiv tutdu

20 Sentyabr 2017 13:57

Bakı Məktəb Lisey Kompleksinin direktoru işdən çıxarılıb? - RƏSMİ CAVAB

20 Sentyabr 2017 13:54

Sarkisyandan dünyaya növbəti HİYLƏGƏR YALVARIŞ: “Azərbaycan və Türkiyə bizi...”

20 Sentyabr 2017 13:53

Baş nazirin müavini: "Türkiyə nəticədən asılı olaraq kəskin addımlar atacaq"

20 Sentyabr 2017 13:52