Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü olub

Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü olub
12:18 15 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbi ilə (BANM) müəssisələrdə tətbiqi proqramlar üzrə aparıcı şirkətlərdən biri olan SAP arasında strateji əhəmiyyət daşıyan müqavilə imzalanıb.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə SOCAR-ın “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BANM-ın rektoru Elmar Qasımov bildirib ki, bu müqaviləyə əsasən, Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü olur. Razılaşma Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən gənc mütəxəssislərə dünyanın aparıcı neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında təcrübə əldə etməkdə yardım edəcək. Qlobal texnologiyalar üzrə təcrübə tələbələrə zəruri biliklərin toplanması və bu təcrübənin ölkəmizin aparıcı şirkətlərindən olan SOCAR-da tətbiq edilməsinə imkan yaradacaq.
SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer deyib ki, dünyanın neft və qaz sənayesi üçün ən müsbət təcrübəyə çevrilən SAP tətbiqi proqramları Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatında istifadə olunur və SOCAR, “Nobel Oil”, “BOS Şelf” və başqa aparıcı şirkətlərə səmərəliliyin artırılması və dünyada təhlükəsizlik və davamlılıqla bağlı standartlara uyğun işgüzarlığın inkişafina yardım göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebi_SAP_Universitetler_Alyansinin_uzvu_olub-911306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR