Burada söhbət ilk növbədə KM-nin qərarlarının Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarından daha yüksəkdə dayanmasından gedir. Artıq Rusiya KM ölkə daxilində insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanların qərarlarının icrasının mümkünlüyünə özü qərar verəcək.
Fərman dərc edildiyi gündən qüvvəyə minib.
Xatırladaq ki, daha əvvəl bu qərar Dövlət Duması tərəfindən qəbul olunub, sonra isə Federasiya Şurası tərəfindən təsdiq edilib.