Həqiqət Qədirova: “Hepatit C xəstələrinin yalnız 30 faizi sağala bilir”

Həqiqət Qədirova: “Hepatit C xəstələrinin yalnız 30 faizi sağala bilir”
18:34 15 Dekabr 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

“Hepatit xəstələrinin 65-70 faizində xəstəlik heç bir əlamət olmadan, xroniki formada keçir, buna görə də onların əksəriyyəti xəstə olduğunu bilmir”...

 

“Hepatit anadan uşağa keçə bilər”...

 

“Hepatit manikür, pedikür, tatuaj, üzqırxma zamanı da keçə bilər”...

 

“Bütün viruslar arasında hepatit B virusu ən davamlıdır”...

 

“İnyeksiya narkotik vasitə istifadəçilərinin çoxunda hepatitə yoluxma aşkar edilir”...

 

“Alətləri spirtlə silmək sterilizə etmək deyil”...

 

“Hepatit C xəstələrinin yalnız 30 faizi sağala bilir”...

 

“14 ay ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 3501 nəfər müraciət edib”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Səhiyyə Nazirliyi nəzdində Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini,  B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvü,  professor Həqiqət Qədirova deyib.

 

Nazirlik rəsmisi Azərbaycanı hepatitin yayılmasına görə dünyada orta səviyyədə dövlətlər sırasında olduğunu deyib: “2014-cü ilin rəsmi statistikasına görə, Azərbaycanda hepatit B 180 nəfərdə, hepatit C isə 130 nəfərdə aşkar edilib. 2013-cü illə müqayisədə bu, yoluxma hallarının azaldığını göstərir, lakin bu xəstəliyin ciddi əlaməti əksər hallarda xroniki formada keçməsidir və xəstəlik yalnız kəskin formaya keçdikdə aşkarlanır. B viruslu hepatit xəstələrinin 5 faizindən çoxunda, C viruslu hepatit xəstələrinin isə 45-70 faizə qədərində kəskin formada qeydə alınır. Orta hesabla 65-70 faiz xəstələrdə bu xəstəlik ilk gündən xroniki keçir, xəstəliyin heç bir əlaməti müşahidə olunmur, ona görə də insanlar xəstəlik barədə məlumatsız olurlar”.

 

Həqiqət Qədirova xəstəliyin diaqnostikası və orqanizmə təsiri barədə məlumat verib: “Əgər analiz zamanı B və C hepatiti antigeni aşkar olunubsa, bu, yoluxmanı göstərir. Lakin B hepatitində virus daşıyıcısı anlayışı var, yəni orqanizmdə virus var, amma onun aktiv inkişafı, orqanizmə zərəri yoxdur. Bu adam yoluxdurucu ola bilər, amma uzun illər heç bir əlamət olmadan yaşaya bilər. Hepatit C-də isə daşıyıcılıq anlayışı yoxdur, orqanizm virusa yoluxubsa, virus illərlə aktivliyini artıraraq orqanizmə zərər verir və 10-15 ildən sonra ciddi əlamətlər ortaya çıxır. Əgər biokimyəvi analizlərdə qaraciyərin funksiyası pozulmağa başlayıbsa, xəstənin artıq müalicəyə ehtiyacı var. Hepatit B həm cinsi yolla, həm də anadan uşağa keçə bilər, ona görə də ana olmağa hazırlaşan qadın vaxtında müayinə olunmasa, doğuş zamanı və ana südü ilə uşağını yoluxdura bilər”.

Qonaq hepatitə yoluxma riskləri barədə də danışıb: “Öz davranışına, həyat tərzinə görə yoluxma ehtimalı yüksək olan qruplarda bu infeksiyalar yoxlanılmalıdır. Buna, ilk növbədə, narkotik istifadəçiləri aiddir. Səhiyyə Nazirliyinin əmrinə əsasən, narkoloji problemlərlə müraciət edən bütün xəstələr mütləq hepatit B və C xəstəliyinə, eyni zamanda, HİV-ə görə müayinə olunurlar. Uzun müddət xroniki xəstəliyi olanlar, məsələn vərəm xəstələri, onkoloji xəstələr də risk qrupuna aiddir. Qanköçürmə əməliyyatları da bu baxımdan təhlükəlidir, lakin Azərbaycanda tədarük olunan donor qanı hepatit B, C, eyni zamanda, HİV və sifilisə görə yoxlanılır”.

 

Həqiqət Qədirova ağır xəstəliyə yoluxmamaq üçün adi məişətdə də diqqətli olmağı məsləhət görüb: “Bu xəstəlik manikür, pedikür, tatuaj, üzqırxma zamanı da keçə bilər. Qanla çirklənmiş ləvazimatla yoluxmaq mümkündür. Yoluxdurma qabiliyyəti ən çox hepatit B virusuna aiddir, hepatit B virusu bütün viruslar arasında ən davamlı hesab olunur. Adətən, sterilizə deyəndə alətlərin spirtlə silməyi nəzərdə tuturlar, lakin bu, doğru deyil. Alətlər xüsusi avtoklav cihazında, yüksək temperaturda sterilizə edilməlidir, güclü fiziki faktorların altında bu viruslar məhv ola bilər”.

 

Hepatit C xəstələrinin yalnız 30 faizinin sağaldığını deyən komissiya üzvü əksər hallarda xəstəliyin ağır fəsadlara səbəb olduğunu bildirib: “Təəssüf ki, Hepatit C-yə yoluxanların 70 faizində xəstəlik  xroniki hala keçir, bu da get-gedə sirrozla və hətta ölümlə nəticələnə bilər. Sirrozlu xəstələrin 2-4 faizində qaraciyər xərçəngi müşahidə olunur. Belə xəstələr mütləq müalicə olunmalıdır,  bu zaman antiretrovirus müalicə üsulu tətbiq olunur.  Bu müalicə uzun çəkir və çox bahalıdır. B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya 2014-cü ilin sentyabr ayından müalicə üçün müraciət edənlərin sənədlərinin qəbuluna başladı. 14 ay ərzində komissiyaya 3501 nəfər müraciət edib, bu insanların 80 faizi hepatit C, 20 faizi isə hepatit B-yə yoluxmuş insanlardır. Onlardan 61 faizinin müalicəsini dövlət həyata keçirəcək. Daşıyıcılar üçün müalicəyə ehtiyac yoxdur, amma bu xəstələr 3 aydan bir müayinə olunmalıdırlar. Lakin artıq infeksiya fəallaşıbsa, xəstəyə müalicə təyin olunmalıdır”.

 

Həqiqət Qədirova müalicə xərclərinin baha olduğunu deyib: “Hepatit B-yə yoluxmuş xəstənin müalicəsi təxminən 720 manata başa gəlir. Müalicə kursu 24 həftə çəkir. Əgər xəstənin vəziyyəti onun müalicəsini kənarda aparmağa imkan verirsə, onlara dərmanlar pulsuz verilir, müalicə xəstənin yaşadığı yerdə, yerli səhiyyə ocaqlarında həkimin müşahidəsi altında aparılır. Əgər xəstənin vəziyyəti ağırdırsa, 1 saylı Şəhər Xəstəxanası infeksion şöbədə müayinəni aparırlar. C hepatiti zamanı vəziyyət bir az fərqlidir, virusun 10 genotipi mövcuddur, bunlardan ən geniş yayılanı və ağırı 1-4-cü genotipin müalicəsi 48 həftə çəkir, buna çəkilən xərc təxminən 5020 manat olur. Qalan genotiplərin müalicəsi 24 həftəlikdir, xərci isə 2500 manata başa gəlir. Müalicə gedən zaman monitorinq qrafikinə uyğun olaraq həmin xəstə mövcud olan analizləri keçməlidir”.

 

Professor hepatit B-yə qarşı peyvəndlə bağlı da məlumat verib: “Hepatit B dünyada azalır, çünki ona qarşı artıq peyvənd var. 2001-ci ildən Azərbaycanda hər doğulan uşaq dövlət hesabına hepatit B-yə qarşı peyvənd olunur. Daim xəstə qanı, bioloji mayelərlə işləyən tibb işçilərində yoluxma riski çox olduğundan onlar da peyvənd olunurlar. Hepatit C isə o qədər dəyişkən virusdur ki, ona qarşı peyvənd yoxdur. Bu xəstəlik cinsi yolla da keçdiyi üçün nikaha daxil olmamışdan qabaq yoxlanmaq lazımdır, cinsi əlaqələr nizamlı olmalıdır. Yaxşı olar ki, qadınlar hamiləlik dövründə yox, əvvəlcədən müayinədən keçsinlər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Millimizin forvardı dubl etdi

21 Sentyabr 2017 07:27

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 07:23

Tramp İranla bağlı qərarını gizli saxlayır

21 Sentyabr 2017 07:04

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 06:58

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 06:57

Cənubi Koreya KXDR-ə əl uzatdı

21 Sentyabr 2017 06:44

Rusiyada zəlzələ olub

21 Sentyabr 2017 06:37

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

21 Sentyabr 2017 06:28

Sabah paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

21 Sentyabr 2017 06:03

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

21 Sentyabr 2017 05:57

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13