​Azərbaycanda sənaye istehsalı 3% artıb

​Azərbaycanda sənaye istehsalı 3% artıb
19:47 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən bu ilin yanvar-noyabr aylarında 24 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% çox sənaye məhsulu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 62,4%-i mədənçıxarma sektorunda, 29,5%-i emal sektorunda, 7,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 2,8%, o cümlədən əmtəəlik qaz hasilatı 6,3% artıb, neft hasilatı isə 0,4% azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 3,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,9%, kağız və karton istehsalı 15,8%, poliqrafiya məhsullarının istehsalı 79,1%, kimya sənayesi məhsullarının istehsalı 48,0%, tikinti materiallarının istehsalı 4,6%, hazır metal məhsullarının istehsalı 58,6%, kompyuter, elektron və optik məhsulların istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 6,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,5%, mebel istehsalı 9,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 2% artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,5%, neft sektorunda isə 0,6% artıb.
Toxuculuq məhsullarının istehsalı 60,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7%, geyim istehsalı 40,8%, içkilərin istehsalı isə 10,1% azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında dekabrın 1-nə olan vəziyyətə 333,1 mln. manatlıq hazır məhsul olub.

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/azerbaycanda-senaye-mehsulu-istehsali-3-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR