​Rusiya Suriyaya 17 aviazərbə endirib, 150-dən çox silahlı məhv edilib

​Rusiya Suriyaya 17 aviazərbə endirib, 150-dən çox silahlı məhv edilib
03:22 16 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya aviasiyası son sutka ərzində muxalifətə dəstək olaraq şimali Rəkkədə yaraqlıların 17 mövqeyinə zərbə endirib, 150-dən çox terrorçu məhv edilib.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib.
O bildirib ki, zərbələr, "Azad Suriya ordusu" qruplaşmasına daxil olan "Qənim" və "Demokratik qüvvələr" dəstələrinə dəstək olaraq endirilib.
"Rusiya aviasiyası obyektiv nəzarət məlumatlarına görə, 150-dən çox silahlı və 11 ədəd texnika məhv edib", - deyə Rudskoy qeyd edib.
Onun sözlərinə görə, 18 zərbə də, "Səhra şirləri" və "Qələmun" dəstələrinin maraqlarına dəstək olaraq Əl-Karatyen və Palmir ərazilərinə endirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiya-suriyaya-17-aviazerbe-endirib-150-den-cox-silahli-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR