Bakı. 16 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğınsöndürmə işlərinin birinci fazası başa çatıb. Artıq bir quyunun ağzı bağlanıb”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, digər quyularda da yanğının söndürülməsi üçün işlər davam etdirilir: “Yanğının söndürülməsi, yəqin ki, yaxın vaxtlarda başa çatacaq. İtkin düşən neftçilərin axtarışları hər gün davam edir. Havanın pis olduğu günlərdə də işlər davam etdirilir. Axtarışlar üçün başqa vasitələrdən də istifadə edəcəyik. Estakadaların dibinə baxış keçiriləcək”.