​MTRŞ: Bəzi radioların fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

​MTRŞ: Bəzi radioların fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb
12:42 16 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqini aparır.
MTRŞ-nın sədr müavini Qafar Cəbiyev "Report"a bildirib ki, bəzi radioların fəaliyyətində çoxsaylı və ciddi qanun pozuntuları aşkarlanıb.
Qanun pozuntularının daha çox reklam yayımı ilə bağlı olduğunu deyən Q.Cəbiyev deyib ki, yaxın günlərdə bu məsələ ilə bağlı şurada iclas keçiriləcək. İclasdan sonra monitorinqin nəticələrini ictimaiyyətə açıqlayacaq.  

Xəbərin orijinal ünvanı: http://report.az/media/mtrs-bezi-radiolarin-fealiyyetinde-ciddi-qanun-pozuntulari-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR