Rusiyalı general: “ABŞ-ın müdafiə sistemi raketlərimizin qarşısını ala bilməz”

Rusiyalı general: “ABŞ-ın müdafiə sistemi raketlərimizin qarşısını ala bilməz”
17:14 16 Dekabr 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın mövcud olan və perspektiv Raket Əleyhinə Müdafiə Sistemi Rusiyanın xüsusi təyinatlı raket qoşunlarının qarşısını ala bilməz”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı general-polkovnik Sergey Karakayev çıxış edib.

 

O qeyd edib ki, ABŞ özünün RƏM sisteminə lazer və kinetik silahları, habelə raket əleyhinə müxtəlif tipli kompleksləri daxil etməyi planlaşdırır. Onun sözlərinə görə, söhbət ilk növbədə STRQ-nin raket və raketlərin döyüş bloklarının zərərsizləşdirilməsindən gedir.

 

S. Karakayev bildirib ki, Rusiya informasiya və zərbə imkanlarının inkişaf miqyasını nəzərə almaqla, strateji nüvə qüvvələrinin inkişaf planlarına korrektələr edib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR