Sabunçu rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar 15 sakin təxliyə edilib

Sabunçu rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar 15 sakin təxliyə edilib
16:23 17 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də gündüz saatlarında Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsində ikiotaqlı mənzilin bir hissəsi ev əşyaları ilə birlikdə yanıb. Yanğınsöndürənlər tərəfindən bir nəfər xilas edilib, 15 sakin isə təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib və alov söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR