İlham Əliyev Qətər şeyxini təbrik edib

İlham Əliyev Qətər şeyxini təbrik edib
18:29 17 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Qətərin əmiri şeyx Təmim bin Həməd Al Tanini bu ölkənin Milli Günü münasibətilə təbrik edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: “Qətər Dövlətinin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR