Cənub bölgəsində kənd turizmi inkişaf etdirilir

02:18 18 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 18 dekabr, Bağır Əliyev, AZƏRTAC
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi 2014-cü ilin yanvar ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Lerik, Astara, Masallı, Şamaxı, Göyçay və İsmayıllı rayonlarında “Kənd turizminə dəstək” layihəsini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, ötən müddət ərzində layihə çərçivəsində 6 hədəf rayondan seçilən 36 bələdiyyədə bir sıra işlər görülüb.
Layihənin əsas məqsədi kənd yerlərində turizmin inkişafına dəstək göstərmək üçün dövlət və özəl sektorda əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir. Bunun üçün hədəf bələdiyyələrdə hər biri 7-9 üzvdən ibarət 12 icma turizm şuraları yaradılıb.
Kənd turizminin inkişafına dəstək göstərmək məqsədilə layihə üçün hədəf bələdiyyələrin bəzilərində kiçik pilot infrastruktur layihələri həyata keçirilib. Bu fəaliyyətin nəticəsi olaraq cənub bölgəsində müvafiq rayon icra hakimiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, icma sakinlərinin və layihə heyətinin iştirakı ilə dörd kiçik infrastruktur layihə icra edilib.
Layihə çərçivəsində Masallı rayonunun Tüklə bələdiyyəsində “Nəzir bulağı”, Astara rayonunun Pəlikəş bələdiyyəsində “Ambühuni bulağı”, Lerik rayonunun Bilaband bələdiyyəsində “Yolhoni bulağı”, Qosmalian bələdiyyəsində isə “Zərinqala bulağı” əsaslı təmir edilib və həmin ərazilərdə istirahət guşələri yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cenub_bolgesinde_kend_turizmi_inkisaf_etdirilir-912264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR