Ermənilər Azərbaycan nazirliklərinə hücum etdi

Ermənilər Azərbaycan nazirliklərinə hücum etdi
17:16 18 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Erməni hakerlər Azərbaycan nazirliklərinin saytları hücum təşkil ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə “Cyber Army” adlı haker qrupu xəbər yayıb.

Məlumata görə, erməni hakerlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin internet saytlarını dağıdıblar. Amma hazırda hər iki dövlət qurumun saytlarına daxil olmaq olur.

Məsələ ilə əlaqədar hər iki nazirliklə əlaqə saxladıq. FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov ANS PRESS-ə açıqlamasında bildirdi ki, saytın fəaliyyətində heç bir problem yoxdur. “Haker hücumu ilə bağlı yayılan məlumatlar yalandır. FHN-nin internet saytı 24 saat fəaliyyət göstərir”.


Fövqəladə Hallar Nazirliyinin saytı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə bildirdi ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

Erməni haker qrupu hücumu cəbhə xəttində baş verən insidentlərlə əlaqələndiriblər. Xəbərdə bildirilir ki, Azərbaycanın xüsusi təyinatlı dəstəsi dekabrın 18-də 4 istiqamətdən hücuma keçib. Baş verən döyüş nəticəsində Ermənistan ordusunun üç hərbçisi həlak olub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı


Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan ordusunun əsgərlərinin ikisi gecə təmas xəttində atışma zamanı öldürülüb. Ölən əsgərlər bunlardır: Aqazi Qriqoryan (1996-cı il) və Ruben Aleksanyan (1996-cı il). Daha bir nəfər 1992-ci il təvəllüdlü Qor Oqanyandır. Onun hansı şəraitdə öldüyü araşdırılır.

Bu erməni hakerlərin ilk belə addımı deyil. Hakerlər noyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) saytına hücum etmişdilər.

Həmin vaxt sayt ASALA terror təşkilatının hakerləri tərəfindən dağıdılmışdı.

Fondun www.amf.az saytına girərkən ingilis dilində ASALA tərəfindən kiberhücum (Hacked by A.S.A.L.A.) və ya "Veb səhifə açılmır" ("Веб-страница недоступна") yazısı görünüb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR