​Bərdə sakini balıq tutarkən bədbəxt hadisə nəticəsində ölüb

​Bərdə sakini balıq tutarkən bədbəxt hadisə nəticəsində ölüb
00:17 19 Dekabr 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, Bəcirəvan kənd sakini Mobil Məmmədov balıq tutarkən həyatını itirib.
Yerli sakinlərin bildirdiklərinə görə, hadisə ötən gün axşam saatlarında kənd ərazisindən keçən Qarabağ kanalında baş verib. Zərərçəkən ov edən zaman ayağı ehtiyatsızlıqdan sürüşüb və başı kanalın kənarındakı betona dəyib. Ağır beyin travması alan kişi bir müddət köməksiz qalıb.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/berde-sakini-baliq-tutarken-bedbext-hadise-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR