Ötən gecə Bakıda 29 yaşlı kişi aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.
Ağadadaş Qurbanov küçəsi 77 ünvanında 29 yaşlı Adil Məmmədov bıçaqlanıb. O, təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Adil Məmmədovun öldüyünü müəyyən ediblər.
Polis və prokurorluq əməkdaşları hadisənin baş verdiyi evdə müayinələr aparıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Adil Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı heç kim şübhəli şəxs qismində saxlanılmayıb. Adil Məmmədovun öz-özünə bıçaq xəsarəti yetirdiyi və bunun nəticəsində öldüyü də istisna edilmir.
Faktla bağlı Nəsimi rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır.
Milli.Az