Azərbaycanda 9 aylıq hamilə qadın ağır vəziyyətdə Azərbaycan Uşaq Birliyinə məxsus sığınacağa yerləşdirilib. Onun işgəncəyə məruz qaldığı ehtimal olunur.
Bu barədə publika.az-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qadının vəziyyəti çox ağırdır və danışa bilmir:
"Bizə gəlməmişdən əvvəl 3 gün xəstəxada yatıb. Hazırda da çox bərbad durumdadır, bizə heç nə danışa bilmir. ANS telekanalına müraciət edib və oradan bizə yönəldiblər. Sənədlərinə baxmışam, Bakıda yaşayan deyil, bura regiondan gəlib. Amma onun haradan gəlməsi, adı-soyadı ilə bağlı məlumat verə bilmərik. Çünki ola bilər ki, ona qarşı hansısa zorakılıq faktı olsun. Bəlkə də, həyatı üçün təhlükə var".
K.Ağazadə bildirib ki, xüsusi polis qurumuna qadınla bağlı məlumat verilib və onunla bağlı araşdırma aparılacaq.
Milli.Az