Həmsdərlər prezidentilərin görüşünü şərh etdilər

Həmsdərlər prezidentilərin görüşünü şərh etdilər
19:47 19 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

"Prezidentlər Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər".

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib.

Milli.Az-ın Report-a istinadən məlumatına görə, bu fikirlər iki ölkə prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər. 

"Prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirilməsini təsdiqləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər" - sənəddə bildirilib.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə vasitəçilik etməyə hazır olduqlarını vurğulayıblar.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR