Bakı, 21 dekabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman dekabrın 21-də Azərbaycana rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsmayıl Qəhrəmanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.