Ronaldo 3 yaşlı fanatı ilə görüşdü

Ronaldo 3 yaşlı fanatı ilə görüşdü
02:34 22 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın futbolçusu Kriştiano Ronaldo 3 yaşlı livanlı fanatı Heydər Mustafa ilə görüşüb.

 

Qol.Az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, H.Mustafa valideynlərini Beyrutda terror aktı zamanı itirib.

 

Bir müddət əvvəl livanlı jurnalist Rana Harbi #CristianoMeetHaidar (Kriştiano Haydarla görüşəcək) haştaqını paylaşıb. Bu haştaq qısa zaman ərzində sosial şəbəkələrdə xeyli paylaşılıb.

 

Daha sonra Ronaldonun nümayəndələri livanlı jurnalistlə əlaqə yaradıblar portuqaliyalı ulduzun azyaşlı ilə görüşü barədə razılaşıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR