"Real"ın futbolçusu Kriştianu Ronaldu 3 yaşlı livanlı fanatı Heydər Mustafa ilə görüşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Mustafa valideynlərini Beyrutda terror aktı zamanı itirib.
Bir müddət əvvəl livanlı jurnalist Rana Harbi #CristianoMeetHaidar (Kriştianu Haydarla görüşəcək) haştaqını paylaşıb. Bu haştaq qısa zaman ərzində sosial şəbəkələrdə xeyli paylaşılıb.
Daha sonra Ronaldunun nümayəndələri livanlı jurnalistlə əlaqə yaradıb, portuqaliyalı ulduzun azyaşlı ilə görüşü barədə razılaşıblar.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

