Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın imperatoru Akihitonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə ən xoş arzularımı yetirərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Bizi Twitter-dən izləyin: @trend_az