AMEA-nın iki institutuna direktor təyinatı olub

AMEA-nın iki institutuna direktor təyinatı olub
17:09 23 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

AMEA Rəyasət Heyətinin iclası keçirilib

 

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu rəsmi şəkildə Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən təyin olunub. Lent.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

 

İclasda həmçinin AMEA-nın Mərkəzi Nəbatat Bağına da direktor vəzifəsini icra edən şəxs də müəyyənləşib. Bu vəzifəyə biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev təyin edilib.

 

Eyni zamanda, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev AMEA-nın Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR