“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiqlənib

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiqlənib
18:07 23 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiqlənib.
Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Səhiyyə Nazirliyi müəyyən edilib.
Nazirlər Kabinetinə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın icrasının gedişi barədə hər il üzrə növbəti ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/azerbaycan-respublikasinda-qeyri-infeksion-xesteliklerle-mubarizeye-dair-2015-2020-ci-iller-ucun-st

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR