Avtomobil ilə traktor toqquşub, ölən var

Avtomobil ilə traktor toqquşub, ölən var
07:52 24 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcabədi rayonunda, Ağcabədi-Zərdab yolunun 7-ci kilometrliyində "SAİPA" markalı minik avtomobili ilə "MTD" markalı traktorun toqquşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə, minik avtomobilinin sərnişini 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:59-da başa çatıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR