Jurnalistlər üçün inşa edilmiş binanın sakinlərinə kütləvi qaydada çıxarışlar təqdim edilib

12:13 24 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı ilə jurnalistlər üçün inşa edilmiş və istifadəyə verilmiş binada mənzil sahibi olan 100-dən çox jurnalistə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində dekabrın 24-də binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim edilib.
Tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevin, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iştirakı ilə keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR