x
Loading...
.

Nardaran ağsaqqalı: "Dövlət bu müəmmanı açacaq"

Nardaran ağsaqqalı: "Dövlət bu müəmmanı açacaq"
12:44 24 Dekabr 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+
.

“Nardarana işıq və qaz verilir. Camaatın dövlətdən, prezidentdən heç bir narazılığı yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd peyğəmbərin (s) mövludu günü ilə bağlı keçirilən tədbirdə Nardaran ağsaqqalı Hacı Əlövsət Zeynalov deyib.

 

O qeyd edib ki, Nardaran camaatı prezidentin yanındadır: “Nardaranlılar hamısı bir nəfər kimi prezident İlham Əliyevin yanındadırlar. Biz ona inanırıq. Əminik ki, tezliklə Nardaranda baş verən hadisələrin əsas səbəbi açılacaq, bunun arxasında nələrin durduğu üzə çıxacaq. Bu gün Nardaran bir zindanı xatırladır, giriş və çıxış çətindir. Başa düşürük ki, baş vermiş hadisələr üzündən nəzarət olmalıdır və bütün bunlar bunun üçün edilir. Amma biz prezidentimizə inanırıq ki, tezliklə bu hadisəni tam çözəcək və bütün bunlar aradan qalxacaq. Biz hələ də şokdayıq ki, bizim Nardaranda belə hadisə baş verib. Dövlətimiz tezliklə bu müəmmanı açacaq. Çünki bu, Nardarana yaraşan hadisə deyildi”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR