"Qarabağ"ın futbolçusu “Qızıl top”un sahibi ilə görüşdü (FOTO)

"Qarabağ"ın futbolçusu “Qızıl top”un sahibi ilə görüşdü (FOTO)
13:31 24 Dekabr 2015
80 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın ulduz futbolçusu Reynaldo dünyanın məşhur qadın futbolçusu Marta ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, futbolçu "İnstaqram" səhifəsində Braziliya yığmasının ulduzu Marta ilə şəkil paylaşıb. O, "Qızıl top” mükafatına layiq görülmüş futbolçuya şahzadə yazaraq qayğı üçün minnətdar olduğunu bildirib.

Marta ilə Reynaldo dekabrın 26-da keçiriləcək xeyriyyə matçında iştirak edəcəklər.


Reynaldonun "İnstaqram" səhifəsi

Marta Vieira da Silva 5 dəfə FİFA tərəfindən ilin futbolçusu seçilib. 2010-cu ildə ilk dəfə “Qızıl Top”un sahibi olub. Marta isveçin “Türeso” klubunda çıxış edir. O, dünyanın ən yaxşı futbolçularından biri hesab olunur.


Marta Vieira da Silva Braziliya yığmasının futbolçusu

Reynaldo da Silva 2013-cü ilin yanvar ayında "Qarabağ"a Belçikanın "Anderlext" klubundan transfer olunub və komandanın ən önəmli simalarından biri sayılır.

Hücumçu 2013/14 mövsümündə vurduğu 22 qolla ölkə çempionatının bombardiri olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR