Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan münasibətləri regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib

Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan münasibətləri regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib
13:33 24 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident, əziz qardaşım,

Ad gününüzü millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycan gələcəyə inamla baxan güclü və rifah içində yaşayan ölkə olmaq yolunda sürətlə irəliləyir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm.

Bu prosesdə öz gücünü xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib.

Bu xoş fürsətdən istifadə edərək Zati-aliləri, əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının davam etməsi üçün səmimi diləklərimi ifadə edirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2473604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR