Lisenziya almaq üçün nəzərdə tutulan fəaliyyət növlərinin sayının azaldılmasına zərurət var

Lisenziya almaq üçün nəzərdə tutulan fəaliyyət növlərinin sayının azaldılmasına zərurət var
13:43 24 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Azərbaycanda lisenziya almaq üçün nəzərdə tutulan fəaliyyət növlərinin sayının azaldılmasına zərurət var. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

O deyib ki, bu məsələ Azərbaycan prezidentinin oktyabr ayında Nazirlər Kabinetinin iclasındakı çıxışında iqtisadi islahatların dərinləşməsi və genişlənməsi ilə əlaqədar geniş müəyyənləşdirilən proqrama daxildir: “Biz iqtisadi inkişafın yeni bir mərhələsinə qalxmışıq. Bu mərhələdə qarşıya qoyulan əsas hədəf bütövlükdə yeni iqtisadi modelin konturlarını müəyyənləşdirməkdir. Bu çərçivədə atılan addımlara lisenziyaların maksimum aradan qaldırılması və lisenziya almaq üçün müəyyənləşdirilmiş fəaliyyət növlərinin sayının azaldılması daxildir. Bu istiqamətdə artıq prezidentin müvafiq sərəncamı var. Məqsəd ondan ibarətdir ki, xüsusi razılıq, yəni lisenziya almaq üçün nəzərdə tutulan fəaliyyət növlərinin sayı azaldılsın”.

Əli Əhmədov deyib ki, bu, iqtisadiyyatın liberallaşdırılması deməkdir: “Təbii ki, bu, sərbəst fəaliyyət üçün azad bazar iqtisadiyyatının mexanizmlərinin möhkəmlənməsi, sahibkarlığın inkişafı üçün əlavə imkanlar yaradır. Bütün bunların hamısı yeni iqtisadi islahatların vacib elementləridir ki, bunlar həyata keçirilməkdədir”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR