Qırğızıstanda ikinci Dünya Köçəri Oyunlarına hazırlıq başlanıb

Qırğızıstanda ikinci Dünya Köçəri Oyunlarına hazırlıq başlanıb
18:43 24 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 24 dekabr, AZƏRTAC
Qırğızıstanda keçiriləcək ikinci Dünya Köçəri Oyunlarına hazırlıq başlanıb.
Bu münasibətlə Bişkekdə təşkil edilən təqdimat mərasimində bildirilib ki, oyunların keçirilməsinin məqsədi türk xalqlarının qədim idman ənənələrinin dirçəldilməsi və inkişaf etdirilməsi, ənənəvi idman mədəniyyətinin yaşadılması və Köçəri Oyunlarının dünyaya tanıdılmasıdır.
Qeyd edilib ki, oyunların konsepsiyasında da dəyişikliklər edilib və bu yarış birinci oyunlardan xeyli fərqlənəcək. Oyunların açılış mərasimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü ilə eyni vaxta təsadüf etdiyindən mərasimə dövlət başçılarının qatılması da gözlənlir.
Qeyd edək ki, 2014-cü ildə baş tutan birinci Köçəri Oyunlarına dünyanın 19 ölkəsindən 22 komanda, 430-dan artıq idmançı qatılmışdı.
Gələn ilin sentyabr ayında keçiriləcək yarışlarda Azərbaycan da daxil olmaqla, dünyanın 40-dək ölkəsindən 15 idman növü üzrə atletin qatılması gözlənilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR