​Nigeriyada qaz emalı zavodunda partlayış baş verib, ölənlər var

​Nigeriyada qaz emalı zavodunda partlayış baş verib, ölənlər var
23:27 24 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Nigeriyanın Anambra ştatının Nnevi şəhərində yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində bir neçə nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı "Nigeria's Daily Post" nəşri məlumat yayıb.
Hadisə yerində xilasedicilər işləyir. Partlayışın səbəbləri, həmçinin ölənlərin və yaralananların dəqiq sayı barədə hələ ki, məlumat yoxdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR