Maştağada maşın piyadanı vurub öldürdü

Maştağada maşın piyadanı vurub öldürdü
06:59 25 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki,  yolu keçmək istəyən piyada Maarif İsayevi maşın vurub. Piyadanı xəstəxanaya sürücü  Əliyusif Xəlilov gətirib. Yaralı xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Piyadanı xəstəxanaya gətirən Əliyusif Xəlilovun idarə etdiyi "VAZ 2104"  markalı avtomobilində əziklər olub. Sürücü polis əməkdaşlarına bildirib ki, o Maştağa istiqamətində hərəkətdə olarkən onu ötüb keçən digər avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən piyada onun avtomobilinin üstünə düşüb.

 

Polis əməkdaşları Əliyusif Xəlilovun avtomobilinə baxış keçiriblər. Əliyusif Xəlilovun ifadəsinin düzgünlüyü ərazidə olan nəzarət kamerasına keçiriləcək baxışdan sonra məlum olacaq.

 

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR