İndoneziyada bərə qəzası nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb

İndoneziyada bərə qəzası nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb
14:33 25 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Təxminən bir həftə əvvəl İndoneziyada sərnişin bərəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda 15 nəfər itkin düşmüş sayılır. Axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, göyərtəsində 118 sərnişin və komanda heyətinin olduğu bərə dekabrın 19-da güclü qasırğanın təsiri nəticəsində Sulavesi adasından 21 kilometr aralıda qəzaya uğrayaraq batmışdı. Faciə zamanı həmin rayonda hündürlüyü 5 metrə çatan dalğalar qeydə alınmışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR