Şəkidə 36 yaşlı kişi sirkə turşusu içdi

Şəkidə 36 yaşlı kişi sirkə turşusu içdi
23:14 25 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 36 yaşlı kişi intihara cəhd edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 25-i axşam saat 22 radələrində rayonun Kiş kənd sakini, 1979-cu il təvəllüdlü Mətin Alışan oğlu Hüseynov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 36 yaşlı Mətin Hüseynov intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mətin Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR