Fransa “Milli cəbhə”si və Avstriya Azadlıq Partiyası (AAP) Aİ ölkələrində sağ radikal partiyalara iki ən parlaq nümunədir. Bunlar gənclər arasında böyük populyarlığa malikdir. Almaniya KİV-ləri yazır ki, bu, təhlükəli tendensiyadır.
“Milli cəbhə” Fransada regional seçkilərin ikinci turunda bir bölgədə belə qalib gələ bilməmiş, lakin birinci turda Marin Le Penin partiyasına 18-34 yaş arasında olan seçicilərin 35 faizi səs vermişdi. Bu ilin oktyabr ayında Vyanada yerli parlamentə seçkilərdə AAP yaşı 30-dan az olan seçicilərin 24 faizinin səsini qazanıb.
Niderland, Danimarka və Polşada da sağ yönlü partiyalar gənclər arasında populyarlığa malikdir. Avropa Parlamentində “Yaşıllar” partiyasında 32 yaşlı deputat Yan-Filip Albrext “Die Welt” qəzetinə müsahibəsində deyib: “Onlar milli eyniyyət mövzusunu xüsusilə nəzərə çarpdırırlar. Gənclər isə həmişə öz eyniyyətinin axtarışında olurlar”.