Azərbaycan banklarının beynəlxalq reytinqi açıqlandı

Azərbaycan banklarının beynəlxalq reytinqi açıqlandı
07:56 26 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Manat sərbəs buraxıldıqdan sonra ilk dəfə olaraq "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunu dəyərləndirib. ANS PRESS-in məlumatına görə, bəzi banklar mənfi rəy alsa da, indiyədək kifayət qədər problemli kreditləri olan Beynəlxalq Bank müsbət qiymətləndirilib.

“Fitch” Azərbaycanın bir neçə bankının kredit reytinqi stabildən neqativə endirib. Səbəb kimi isə kredit portfelində dollarlaşma nəticəsində problemli kreditlərin həcminin artması göstərilir. Agentlik digər banklarda kapital çatışmazlığı barədə xəbərdarlıq edib.

Azərbaycan Beynəlxalq bankı isə əksinə aparılan islahatlarla əlaqədar müsbət rəy alıb. Artıq bankın 3 milyard manatlıq problemli aktivlərindən 2 milyardlıq hissənin alındığı, ilin sonuna qədər 1 milyard manatın da qaytarılacağı qeyd olunub. Hətta devalvasiya səngidikdən sonra problemli kreditlərin qaytarılması ilə bağlı konkret adddımlar atılarsa bank reytinq cədvəlində bir pillə də irəliləyə bilər.

Bundan başqa “Fitch” hesab edir ki, yaranmış vəziyyətlə bağlı Mərkəzi Bank bəzi məsələlərdə banklara güzəştə gedəcək. Məsələn, kapital adekvatlığı əmsalı 12%-dən 10%-ə endirilə bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR