Səhiyyə Nazirliyi: Azərbaycanda xəstələrin "təhlükəsiz" donor qanına ehtiyacı tam ödənilir

Səhiyyə Nazirliyi: Azərbaycanda xəstələrin "təhlükəsiz" donor qanına ehtiyacı tam ödənilir
12:58 26 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında çıxış edərkən deyib.

G.Poladov bildirib ki, əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2015-ci ildə bu rəqəm 33 tondan çox olub.

Şöbə müdiri bildirib ki, son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2500-dən artıq xəstə Respublika Talassemiya Mərkəzində daimi müalicə alır. Hazırda respublikada 1480 hemofiliyalı xəstə qeydiyyatdadır.

O, qeyd edib ki, belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR