Hindistanda oxumaq istəyənlərə yeni təklif var

Hindistanda oxumaq istəyənlərə yeni təklif var
20:23 26 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Hindistan Mədəni Əlaqələr Şurası təqaüd təklif edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Şura tərəfindən 1 azərbaycanlı tələbənin Hindistanın tanınmış ali təhsil müəssisələrindən birində təhsil alması üçün təqaüd təklif edilir.

Təqaüd proqramına əsasən, seçilmiş namizədə təhsil aldığı və ya tədqiqat işi apardığı müddətdə yemək və yaşayış xərclərinin bir hissəsi ödəniləcək.

Təqaüd tibb və tibb ilə əlaqədar proqramlar istisna olmaqla, Hindistanda istənilən bakalavr və magistr proqramını əhatə edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR