Özcan Dənizin serialının bitmə səbəbi bəlli oldu - video

Özcan Dənizin serialının bitmə səbəbi bəlli oldu - video
11:31 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Baş rollarında Özcan Dəniz, Hatice Şendil və Begüm Kütükün olduğu "Kaderimin yazıldığı gün" final edir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, il yarımdır yayımlanan serialın final etmə səbəbi bəlli olub.

Layihə 2016-cı ilin mayında bitəcəkmiş. Lakin Ö.Denizin hər seriya üçün 120 min lirə (təxminən 60 min manat) aldığı serial istənilən reytinqi əldə edə bilməyib.

Star TV eyni gün və saata Məryəm Üzerli və Murat Yıldırımın yeni serialı olan "Geccenin kraliçası"nı yayımlamağa qərar verib.

Serialının vaxtının və gününün dəyişəcəyini öyrənən, bunun da reytinqə mənfi təsir edəcəyini bilən Özcan əsəbiləşib. O, finala 5 ay qalmış yazılmasında kömək etdiyi ssenarini dəyişdirərək son seriyanı yayımlamağa qərar verib.

Beləliklə, sabah "Kaderimin yazıldığı gün"ün sonuncu seriyası yayımlanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR