Qubada bayram yarmarkası açılıb

Qubada bayram yarmarkası açılıb
14:48 29 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 29 dekabr, Elxan Yusifli, AZƏRTAC 
Dekabrın 28-dən etibarən Quba şəhərində bayram satış yarmarkası açılıb.
AZƏRTAC xəbər verir ki, yeni il bayramı ərəfəsində Quba sakinlərinə bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.
Yarmarkaya 30 çeşiddə 10 tondan çox məhsul çıxarılıb. Ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətdən 15-20 faiz ucuz təklif olunur.
İstehsal etdikləri məhsulları sərfəli qiymətə maneəsiz satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR