Alma, kartof və ədviyyatla qaz qızartması - FOTO

Alma, kartof və ədviyyatla qaz qızartması - FOTO
07:05 30 Dekabr 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az Yeni il süfrəsi üçün alma kartof və ədviyyat ilə qızardılmış qazın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 qaz (təxminən 3,5 kq)

3 ç.q. cirə 

0,5 ç.q. keşniş toxumu 

5 qara dənəvər istiot

1 ç.q. dəniz duzu

13 alma

50 q qara kişmiş 

50 q qara gavalı 

50 q ərik 

200 q kəvər (yaxud soğan)

1,5 kq kartof

300 ml ağ şirin şərab 

1 baş sarımsaq

5 armud

1 x.q. cirə, 1 çimdik keşniş toxumu, dəniz duzu və istiot dənələrini həvəngdə döyün. 

Qazı təmizləyin. Qanadlarının ucunu kəsib götürün, "çiynini" saxlayın. 

Həvəngdə əzdiyiniz qarışığı qazın üzərinə çəkin, dərisinə "yedirməyə" çalışın. İçinə vurmaq lazım deyil. 

Kənarları hündür odadavamlı qabın içinə qaz yağı çəkin. 

İç üçün 5 turş alma, hərəsindən 1 ovuc kişmiş, gavalı və ərik qurusu gərəkdir. Almaları kubik doğrayıb quru meyvələrlə qarışdırın və qazın içini doldurun (çox basa-basa yığmayın, duz-istiot, ədviyyat da vurmayın). Ayaqlarını bağlayın. 220 dərəcə qızdırılmış sobaya qoyun. 

Yarım saat sonra çıxarıb formanın içində əmələ gələn yağlı qarışığı üzərinə tökün. Daha 30 dəqiqə bişirin. 

Bu müddətdən sonra çıxarıb bütün yağını başqa odadavamlı qaba süzün. Qazın üzərinə şərab töküb yenidən 30 dəqiqə bişirin. 

3 kq-lıq qaz ümumilikdə 3 saat bişməlidir. 

İçində yağ olan odadavamlı qaba doğranmış kəvər, yaxud 4 yerə bölünmüş baş soğan, qabıqlı sarımsaq dişləri, 2, yaxud 4 bölünmüş kartofları düzün, üzərinə duz və cirə səpib qarışdırın. Sobaya qoyun. 

Qırmızı alma və bərk armudları çəngəllə bir neçə yerindən deşib qazın ətrafına düzün, yenidən sobaya qoyun. Bir müddət sonra qabdakı yağlı qarışığı alma-armudun da üzərinə gəzdirin. 

Süfrəyə həm qazı bişirdiyiniz qabda, həm də qazı buluda qoyub alma-armudu və kartofu yanına düzməklə verə bilərsiniz. 

Nuş olsun! 

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/393819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR