Fərdi vergi təqvimi vətəndaş məmnunluğunun artırılmasına xidmət edir

Fərdi vergi təqvimi vətəndaş məmnunluğunun artırılmasına xidmət edir
13:13 30 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Vergilər Nazirliyində tətbiq edilən fərdi vergi təqvimi Portuqaliya vergi administrasiyasının təcrübəsi öyrənilməklə yaradılıb.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, bu xidmət hər bir vergi ödəyicisinin qarşıdakı 30 gün ərzində yerinə yetirməli olduğu cari öhdəliklərini, icra vaxtı keçmiş, lakin hələ də icra olunmamış öhdəliklərini və digər məlumatları özündə əks etdirən fərdi özünəxidmət mexanizmidir.
Sözügedən mexanizm elektron xidmətlərdən istifadə edən vergi ödəyicilərinin vergi öhdəlikləri barədə əlavə resurs sərf olunmadan məlumatlandırılmasının təmin edilməsi, vergi ödəyicilərinin qanunvericiliyin tələblərini bilməməsi səbəbindən cərimələnməsi hallarının minimuma endirilməsi, ümumilikdə isə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyır.
Fərdi vergi təqvimi növbəti 30 gün ərzində yerinə yetirilməli cari öhdəliklər, icra vaxtı keçmiş, lakin icra edilməmiş öhdəliklər, həmçinin sənədlərin hazır olması barədə məlumatlar olmaqla üç hissədən ibarətdir.
 
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ferdi_vergi_teqvimi_vetendas_memnunlugunun_artirilmasina_xidmet_edir-915514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR